...

Özbəkistan və Rusiya 2012-ci ilədək iqtisadi əməkdaşlıq proqramı barədə razılıq əldə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 18:01 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 02 sentyabr / Trend , müxbir T.Jukov/ Çərşənbə axşamı Daşkənd Biznes Mərkəzində Özbəkistan və Rusiya Baş nazirləri Şövkət Mirziyayev və Vladimir Putinin təkbətək görüşü keçirilib.

Özbəkistan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəsmi məlumatında bildirilir ki, görüşdə Özbəkistan ilə Rusiya arasında ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, xüsusilə də yanacaq - energetika kompleksində uzunmüddətli əməkdaşlıq məsələlər müzakirə olunub.

"Özbəkistan Rusiyanın mühüm tərəfdaşlarından biridir", - deyə görüşdə Putin bildirib. "Moskva Daşkənd ilə münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Biz prezident İslam Kərimovun ölkələrimiz arasında mövcud əməkdaşlığın inkişafına ayırdığı diqqəti yüksək qiymətləndiririk. Dövlətlərimiz arasında mal dövriyyəsi həcminin intensiv artımı ticari -iqtisadi və investisiya əməkdaşlığının daha çox möhkəmləndiyindən xəbər verir. Özbəkistanın durmadan artan iqtisadi potensialı diqqətəlayiqdir. Biz gələcəkdə də əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, bir çox sahələrdə, xüsusilədə yanacaq-energetika sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıyıq".

"Özbəknefteqaz" milli Holdinqtinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, danışıqlar zamanı Özbəkistan və Rusiya, bu ölkənin aldığı özbək qazının qiymət formulu barədə razılığa gəliblər. "Mütəxəsislərimizin qaz ticarəti sahəsində vahid qiymət formuluna çıxması çox mühümdür", - deyə Özbəkistan prezidenti İslam Kərimovla danışıqların yekunu üzrə Vladimir Putin bildirib. Rusiya Baş nazirinin sözlərinə görə, "bu, Avropanın qiymətlərin təşkili formulu olacaq".

Danışıqların yekunu üzrə sülh məqsədləri ilə Yer və kosmik məkanın tədqiqi üzrə hökumətlərarası kosmik proqram imzlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti