...

Azərbaycanda taxıl istehsalının xeyli artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir S.Babayeva/2008-ci ildə Azərbaycanda taxıl və paxlalı bitkilərin istehsalı 2,5 mln. tona çatacaq, - Xalq Qəzeti-nə ölkənin kənd təsərrüfatı nazirliyinin sahibkarlıq şöbəsinin müdiri İslam İbrahimov deyib.

Onun sözlərinə görə, belə proqnoz taxıl sahələrinin artırılması hesabına mümkün olub.

"Buğda istehsalı artıq 2,3 mln. tonu ötüb", - İbrahimov qeyd edib.

Azərbaycanda ərzaq taxılına illik təlabat 1,6 mln. ton təşkil edir.

Kənd təsərrüfatı nazirliyinin nümayəndəsinin dediyinə görə, növbəti illərdə ölkədə taxıl məhsulu 3 mln. tona çatacaq.

Xəbər lenti

Xəbər lenti