...

Neft qiymətlərinin azalması Azərbaycanda inflyasiyanın 20 faiz səviyyəsində saxlanılmasına kömək edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 17:46 (UTC +04:00)
Neft qiymətlərinin azalması Azərbaycanda inflyasiyanın 20 faiz səviyyəsində saxlanılmasına kömək edir - nazir

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir İ.Xəlilova/"Dünya bazarlarında neftin barelinin $110-115 səviyyəsində saxlanılması ilə , Azərbaycanda 2008-ci ilin sonunadək inflyasiyanın artım tempi 20 faiz səviyyəsində ola bilər ", - cümə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev deyib.

İqtisadi inkişaf nazirliyinin ilin sonunadək inflyasiya gözləmələri üzrə proqnozlarının 20-23 faiz səviyyəsində olmasına baxmayaraq, nazirin fikrincə, istehlak qiymətlərinin artım tempi 20 faizi ötməməlidir.

"Dünya bazarlarındakı mövcud proseslər, xüsusilə də neftin qiymətinin aşağı düşməsi, respublikaya idxal edilən malların qiymətinə əhəmiyyətli dərəcədə təsir edəcək ki, bu da inflyasiyanın 18-20 faiz səviyyəsində saxlanılmasına gətirib çıxaracaq. Bundan qorxmaq lazım deyil, belə ki, Azərbaycanda istehlak qiymətlərinin artım səbəbləri məlumdur", - Babayev hesab edir.

Nazir inflyasiyanın başılıca səbəbi kimi büdcə məsrəflərinin yüksək artım tempini və ölkəyə gətirilən malların yüksək dəyəri nəticəsində idxal inflyasiyasını göstərib.

2009-cu ildə inflyasiya ikirəqəmli səviyyədə saxlanılacaq. Lakin onun artım tempi 2008-ci llə müqayisədə aşağı olacaq. 2012-ci ilədək inflyasiyanın birrəqəmli göstərici səviyyəsinə düşəcəyi gözlənilir.   

2007-ci ilin yekunlarına görə, Azərbaycanda inflyasiyanın artım tempi 16,7 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə, yanvar-iyulda 20,9 faiz təşkil edib.

Sentyabrın 4-nə rəsmi valyuta məzənnəsi 0,8143 AZN/USD-dır.

Xəbər lenti

Xəbər lenti