...

İsveç əhalinin məşğulluğu sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr/ Trend , müxbir R.Novruzov/ İsveç əhalinin məşğulluğu sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

İsveçin əhalinin məşğulluq naziri Sven Otto Litorin noyabrda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə cümə günü Trend -a Stokholmdan telefonla Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov məlumat verib.

Səfər Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun dəvəti ilə həyata keçəcək.

Səfər zamanı isveçli naziri İsveçin iş adamlarından ibarət nümayəndə heyəti müşaiyyət edəcək. Onlar burada Azərbaycanın iqtisadi imkanları ilə tanış olacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti