...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2008 14:42 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 15 sentyabr/müxbir Trend , İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0008 bənd (0,08 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,81544 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi sentyabrın 11-də (1 ABŞ dolları üçün 0,8159 manat), minimum isə sentyabrın 8-də (1 ABŞ dollarına 0,8147 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
1sentyabr 0,8140 8 sentyabr 0,8147
2sentyabr 0,8144 9 sentyabr 0,8156
3sentyabr 0,8145 10sentyabr 0,8155
4sentyabr 0,8143 11sentyabr 0,8159
5sentyabr 0,8154 12sentyabr 0,8155
Həftə ərzində orta 0,81452 Həftə ərzində orta 0,81544

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0008 bənd (0,08 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,81468 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi sentyabrın 10-12-də (1 ABŞ dollarına 0,8150 manat), minimum isə sentyabrın 8-9-da (1 ABŞ dollarına 0,8142) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 8-də - 0,8142 AZN/USD məzənnəsi ilə $17,106 mln., sentyabrın 9-da - 0,8142 AZN/USD məzənnəsi ilə $0,845 mln., sentyabrın 10-da - 0,8150 AZN/USD məzənnəsi ilə $9,11 mln., sentyabrın 11-də - 0,8150 AZN/USD məzənnəsi ilə $18,55 mln., sentaybrın 12-də - 0,8150 AZN/USD məzənnəsi ilə$0,033 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
1sentyabr 0,8140 8 sentyabr 0,8147
2sentyabr 0,8144 9 sentyabr 0,8156
3sentyabr 0,8145 10sentyabr 0,8155
4sentyabr 0,8143 11sentyabr 0,8159
5sentyabr 0,8154 12sentyabr 0,8155
Həftə ərzində orta 0,81452 Həftə ərzində orta 0,81544
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
1sentyabr 0,8124 8 sentyabr 0,8142
2sentyabr 0,8124 9 sentyabr 0,8142
3sentyabr 0,8138 10sentyabr 0,8150
4sentyabr 0,8137 11sentyabr 0,8150
5sentyabr 0,8146 12sentyabr 0,8150
Həftə ərzində orta 0,81338 Həftə ərzində orta 0,81468

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 18 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin qüvvədə olma müddəti 2010-cu il yanvarın 1-dək müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti