...

İki ölkənin innovasiyalı inkişafı Qazaxıstan və Rusiyanın əməkdaşlığının yeni mərhələsidir – prezident Nazarbayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir A.Bədəlova/ "Qazaxıstan və Rusiya iki ölkənin innovasiyalı inkişafının yeni mərhələsinə qədəm qoyurlar", - Qazaxıstan prezideni Nursultan Nazarbayev bazar ertəsi Rusiya və Qazaxıstanın sərhədyanı regionlarının rəhbərlərinin V forumunda bildirib. Forum "Vesti" telekanalının birbaşa efirində yayımlanıb.

Qazaxıstan prezideniyüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafının prioritetini qeyd edib.

Nazarbayevin bildirdiyinə göрə, Qazaxıstan-Rusiya əməkdaşlığının coğrafiyası genişlənir.

"Qazaxıstan-Rusiya sərhədlərinin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibar hüduduna çevrilməsi ölkələr üçün ümumi vəzifə olub. Növbəti mrəhələ iki dövlətin innovasiyalı inkişaf sahəsində keyfiyyətli sıçrayışının təmin edilməsidir", - o vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında mal dövriyyəsi dörd dəfə artıb.

"Mal dövriyyəsinin artması qlobal böhranlar dövründə , digər ölkələr iqtisadi böhranla üzləşdiyi vaxtda baş verir. Bizim dövlətlərin iqtisadiyyatı sabitdir", - Nazarbayev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti