...

Beynəlxalq Sığorta Şirkəti ilin ən yaxşı sığorta şirkəti seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend / Beynəlxalq Sığorta Şirkəti (BSŞ) ilin ən yaxşı sığorta şirkəti seçilib, BSŞ-nin məlumatında bildirilir.

Oktyabrın 4-də "Gülüstan" sarayında Consulting&Business şirkətinin təsis etdiyi və 2000-ci ildən müxtəlif nominasiyalarda ölkənin cari ilin ən yaxşı şirkətlərinə təqdim edilən "İlin şirkəti" milli mükafatının təqdimatı keçirilib.

İlin ən yaxşı sığorta şirkətini müəyyən edərkən, jurnalın rəhbərliyi bu gün BSŞ-nin öz maliyyə göstəriciləri və göstərdiyi xidmətlərin keyfiyyət səviyyəsinə görə Azərbaycanın sığorta bazarında lider mövqelərindən birini tutmasına əsaslanıb.

Birinci yarımilin yekunlarına əsasən, BSŞ yığılan sığorta haqqlarına görə liderlərin üçlüyünə daxil olub. Bundan əlavə, bu gün BSŞ Azərbaycanın sığorta bazarında müştərilərinin sığorta haqlarını Azərbaycan Beynəlxalq Bankının bankomatları vasitəsilə ödəmək imkanına malik olan yeganə şirkətdir.

Ən yaxşı sığorta şirkətinin seçimi zamanı Baker and Partners şirkətinin "Hansı sığorta şirkətinə daha çox etibar edirsiniz?" mövzusunda 833 respondent arasında apardığı soğrunun nəticələrinə görə, BSŞ-nin birinci yer tutması faktı da nəzərə alınıb.

BSŞ Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib və 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Hazırda şirkət 29 növ könüllü və beş növ icbari sığorta xidməti göstərir. BSŞ-nin Gəncə və Şəkidə iki filialı, həmçinin Bakıda iki servis şöbəsi var. Tezliklə Lənkəranda şirkətin növbəti filialının açılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti