...

BVF maliyyə bazarlarına dövlət müdaxiləsinin kompleks şəkildə olmasına çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.İsmayılova/"Maliyyə bazarlarında inam və stabilliyin bərpa edilməsi üçün dəqiq, kompleks şəkildə və ölkələrin birgə səyi əsasında həyata keçirilən dövlət müdaxiləsi lazımdır", - Beynəlxalq Valyuta Fondu (BVF) Icraiyyə Şurasının sədri Dominik Stross-Kan BVF - nin və Dünya Bankının Vaşinqtonda keçirilən illik iclasının gedişində deyib.

"Biz real iqtisadiyyatın ziyanını məhdudlaşdırmaq məqsədilə, müasir makroiqtisadiyyat siyasətinin bütün alətlər arsenalından istifadə etməliyik", - Stross-Kanın  bu sözləri BVF- nin rəsmi saytında yerləşdirilib.

Onun sözlərinə görə, iqtisadiyyatı inkişaf etmiş dövlətlər üçün bu, vergi - büdcə siyasətinin mümkün olan yerdə istifadəsi deməkdir. Onlardan istifadənin asan üsulu maliyyə və yaşayış sektorlarında gərginliyin azaldılmasıdır.

"Lakin buna daha çox imkanı olan hökumətlər daha geniş vergi - büdcə stimullaşdırmasını həyata keçirməyə hazır olmalıdırlar", - Şuranın sədri bildirib.

Stross-Kanın fikrincə, bu fəaliyyətdə bir neçə sadə prinsipi rəhbər tutmaq lazımdır. Birincisi, dövlətin həyata keçirdiyi tədbirlər dəqiq məqsədə xidmət etməlidir ki, dövlət vəsaitinin necə istifadə edildiyinə səmərəli  nəzarət təmin olunsun.

İkincisi, Milli Proqramlar kompleks xarakter daşımalıdır: əmanətçilərə və kreditorlara zəmanəti nəzərdə tutmalı, bazarın fəaliyyət göstərməsini təmin etmək üçün dözümlü olmalı, müvəffəqiyyətsiz aktivlərin problemlərini həll etməli və likvidlik təqdim etməli, bankların yenidən kapitallaşdırılmasını nəzərdə tutmalı.   

Üçüncüsü, böhrandan sonra vergi ödəyicilərinə potensial gəlirdə iştirak etməyə imkan vermək baxımından, həyata keçiriləcək tədbirlər ədalətli olmalıdır. Onlar ümumi səviyyədə koordinə edilmiş və Avropa zonasında edildiyi kimi, bəzi hallarda regional səviyyədə olmalıdır.   

"Belə halların təkrarlanmasına imkan verməmək üçün beynəlxalq səylərə ehtiyac olacaq, belə ki, dövlət sərhədləri maliyyə təşkilatlarının fəaliyyətinə və maliyyə  sarsıntılarına mane olmur", - Stross-Kan qeyd edib.

Xəbər lenti

Xəbər lenti