...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0007 bənd (0,07 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,80922 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8099 manat səviyyəsində oktyabrın 13 - də, minimal məzənnə oktyabrın 14 - də (1 ABŞ dollarına görə 0,8087 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
6 oktyabr 0,8101 13 oktyabr 0,8099
7 oktyabr 0,81 14 oktyabr 0,8087
8 oktyabr 0,8098 15 oktyabr 0,8091
9 oktyabr 0,8094 16 oktyabr 0,8092
10 oktyabr 0,8099 17 oktyabr 0,8092
Həftə ərzində orta 0,80984 Həftə ərzində orta 0,80922

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8084 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8089 manat səviyyəsində oktyabrın 13 - də, minimum məzənnəsi oktyabrın 14 - də (1 ABŞ dollarına görə 0,8075 manat) müəyyən edilib.

Həftə ərzində BEST- də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: oktyabrın 13 - də tələbat olmadığı üçün, əqd bağlanılmayıb, buna görə də məzənnə 0,8114 AZN/USD səviyyəsində qalıb, oktyabrın 14 - də - 0,8075 AZN/USD məzənnə ilə $17,355 mln., oktyabrın 15 - də - ticarət aparılmayıb, oktyabrın 16 - da - 0,8086AZN/USD məzənnə ilə $39,844 mln. və oktyabrın 17- də - 0,8086 AZN/USD məzənnə ilə $8,665 mln.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
6 oktyabr 0,8101 13 oktyabr 0,8099
7 oktyabr 0,81 14 oktyabr 0,8087
8 oktyabr 0,8098 15 oktyabr 0,8091
9 oktyabr 0,8094 16 oktyabr 0,8092
10 oktyabr 0,8099 17 oktyabr 0,8092
Həftə ərzində orta 0,80984 Həftə ərzində orta 0,80922
Manatın dollara nisbətdə birja məzənnəsi
6 oktyabr 0,8094 13 oktyabr 0,8089
7 oktyabr 0,8093 14 oktyabr 0,8075
8 oktyabr 0,8090 15 oktyabr -
9 oktyabr 0,8084 16 oktyabr 0,8086
10 oktyabr 0,8089 17 oktyabr 0,8086
Həftə ərzində orta 0,809 Həftə ərzində orta 0,8084

Dilerlər tərəfindən tələbat olmadığı üçün, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST- ə RUB/AZN və EUR/AZN alətləri (T+1, T+2) üzrə sifarişlər çıxarılmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 18 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin müddəti 2010 - cu il yanvarın 1- də başa çatır.

Xəbər lenti

Xəbər lenti