Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Tikililərin davamlılığını artırmaq üçün Azərbaycanın tikinti şirkətlərinin suflatadavamlı spesifik Solid sementindən istifadə etmələri yaxşı olardı", - zavodun Marketinq, Satış və Loqistika Şöbəsinin direktoru Balint Kato çərşənbə günü bildirib.
"Azərbayca torpaqlarının böyük hissəsi qismən, hətta aqressiv dərəcədə kimyəvi duzlarla zəngin olduğundan, belə sementdən istifadə etmək lazımdır", - Kato bildirib.
Şöbə direktorunun sözlərinə görə, duz sementə dağıdıcı təsir göstərir. Lakin duzun smeneti dağıtması təxminən 10 ildən sonra aşkar olunur.
"Tikintidə sulfatadavamlı spesifik sementdən istifadə evlərin davamlılığına zəmanət verəcək", - Kato bildirib.
İsveçrənin Holcim şirkəti 1999 - cu ildə Garadagh Cement-i özəlləşdirib. Garadagh Cement -in səhmlərinin 69,4 faizi Holcim-ə, 10 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,6 faizi kiçik səhmdarlara, 10 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur.
Garadagh Cement-in ölkə bazarındakı payı təxminən 43 faizdir. Garadagh Cement-in illik istehsal gücü ildə 1,3 mln. ton təşkil edir. Şirkətin hesablamalarına əsasən, Azərbaycanda sementə olan illik tələbat 4,3 mln. tondur.
Oktyabrın 22 - nə olan cari mübadilə məzənnəsi -- 0,8112 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]