Azərbaycan, Bakı, 31 oktyabr/ Trend / Noyabrın 2-də Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodunda Palmali şirkəti üçün yeni layihə çərçivəsində tikilmiş "Araz River" tankeri suya buraxılacaq.
Şirkətin cümə günü yayılan məlumtında bildirilir ki, gəmi layihəsi Odessa şəhərinin "Gəmi mühəndisliyi bürosu" tərəfindən hazırlanıb və o, bütün beynəlxalq ekoloji standartlara cavab verir. "Yeni Armada" seriyasından olan tankerə verilən Eko layihə nişanı gəmidə layihələşdirmə mərhələsində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün əlavə təkmilləşdirmələrin tətbiq olunduğunu göstərir.
Gəminin uzunluğu 139,95 m, eni 16,60 m, göyərtəsinin hündürlüyü 6 m, Bu seriyadan olan tankerlərin dedveyti dənizdə 4,60 metr suya oturmada 7008 ton, çayda 3,60 m suya oturmada 4611 tondur.
Tankerin suya salınma mərasimində Palmali şirkətinin rəhbərliyi, Nijniy Novqorod əyalətinin və Sormovo inzibati rayonun rəhbər işçiləri, Krasnoe Sormovo zavodunun nümayəndələri iştirak edəcəklər. Yüksək dərəcədə avtomatlaşdırılmış tanker Qara, Azov, Baltik və Aralıq dənizlərində daşımalar həyata keçirəcək.