Özbəkistan, Daşkənd, 25 noyabr/ Trend , müxbir T.Jukov/ Özbəkistanda fəaliyyət göstərən xarici kapitala malik iri bank - ABN Amro Bank-Özbəkistan Milli Bankının adı dəyişdirilib. Bu barədə Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.
Özbəkistan Banklar Assosiasiyasının Xarici Əlaqələr Komitəsindən Trend -a verilən məlumata görə, bankın adının dəyişdirilməsini Özbəkistan prezidenti İslam Kərimov öz qərarı ilə təsdiq edib.
"ABN Amro Bank MB Özbəkistan S.C" Səhmdar Bankı "Royal Bank of Scotland Uzbekiston MB" QSC-yə dəyişdirilib.
Respublika mərkəzi bankına Royal Bank of Scotland Uzbekiston MB-ya onun yenidən qeydiyyatdan keçməsi ilə bağlı məsələlərin həllində yardım göstərmək tövsiyə olunub. Adın dəyişdirilməsi ilə bağlı ilkin qərar səhmdar bankın ümumi toplantısında təsdiq edilib.
Adın dəyişdirilməsi barədə qərar Hollandiyanın ABN AMRO bankının (Özbək-Holland birgə bankının təsisçilərindən biri) RBS, Fortis və Santander banklar konsorsiumu tərəfindən alınması ilə bağlı qəbul olunub.
Cari ilin oktyabrında Hollandiya hökuməti Fortis-a məxsus ABN AMRO-nun aktivlərini alıb.
"ABN AMRO Bank MB Özbəkistan S.C" 1996-cı ilin noyabrında yaradılıb. Nizamnamə kapitalı bu formada formalaşıb: ABN AMRO Bank (Niderland) - 50 faiz, Özbəkistan Xarici İqtisadi Fəaliyyət Milli Bankı 30 faiz, Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı 10 faiz. Tərəflərin razılaşmasına görə, bank ABN AMRO Bank-ın şəxsi idarəçiliyi altında olub. Belə bir qərar təqribən ikiyüzillik tarixə malik yerli bankın zəngin təcrübə və imkanları nəzərə alınaraq qəbul olunub.
Özbək-Holland bankından verilən məlumata görə, bankın gələcək fəaliyyət dövründə xarici kapitalın iştirakı ilə yaradılan, gələcək inkişaf potensialına malik və böyük satış həcmləri həyata keçirmək iqtidarında olan şirkətlərə üstünlük veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital