...

AYİB və UniLeasing  Avropa idarəetmə sisteminin tətbiqi üzrə birinci layihəni başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend / "Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və UniLeasing QSC lizinq şirkətində Avropa idarəetmə sisteminin tətbiqi üzrə Azərbaycanda ilk layihəni başa çatdırıblar", - layihənin koordinatoru Con Qrimmet bildirib, - UniLeasing-in məlumatında deyilir.

Onun sözlərinə görə, 2004 - cü ildə AYİB - in təşəbbüsü ilə 12 ölkənin (Niderland, Böyük Britaniya, Yaponiya, İspaniya, Norveç, İsveç, Finlandiya, İrlandiya, Çin, Kanada, Lüksemburq, İsveçrə) dəstəyi ilə maliyyələşdirilən,  keçid dövrünü yaşayan ölkələrə dəstək fondu təsis edilib.

Bu fond çərçivəsində, Unileasing lizinq şirkətinə idarəetmənin təkmilləşdirilməsi, risk-menecment və əməliyyat prosedurları üzrə məsləhət xidmətləri göstərilmişdir. 

2007- ci ilin iyul ayından 2008 - ci ilin dekabrınadək həyata keçirilən layihə cərçivəsində, lizinq şirkətində idarəetmənin səmərəliliyinin  artırılması modeli yaradılıb və tətbiq edilib.

Qrimmettin sözlərinə görə, layihə gələcəkdə respublikanın digər lizinq şirkətlərində də tətbiq edilə biləcək real sistem yaratmağa imkan verib.

Layihənin büdcəsi 250 000 avro təşkil edir.

Keçid dövrünü yaşayan ölkələrə dəstək fondu Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova, Monqolustan, Tacikistan və Özbəkistanın bank sistemində iqtisadi fəallığın stimullaşdırılması məqsədilə yaradılıb. Fondun xəttilə maliyyələşdirilən layihələrdə əsas diqqət, layihələrin maliyyələşdirilməsinə səmərəli yanaşma, iri sərmayələrin toplanması,  aparılan iqtisadi islahatların təşviq edilməsi vasitəsilə, yuxarıda qeyd olunan ölkələrdə bazar fəaliyyətinin aktivləşdirilməsinə yetirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti