...

UNİBANK kommunal ödənişlərin qəbuluna başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend / Unibank kommersiya bankı Azərbaycan əhalisindən kommunal ödənişlərin qəbuluna başlayıb, - bankın cümə günü yaydığı məlumatda deyilir.

" Biz paytaxtın altı filialında - "Mərkəzi", "Əcəmi" filiallarında, habelə 8 saylı (8-ci mikrorayon), 10 (Əhmədli), 11 (Xətai) və 17 saylı ("Mərkəzi" ilə yanaşı) filiallarda elektrik enerjisi, qaz və su üçün ödənişləri qəbul edirik", - Unibank-ın qeyri- kredit pərakəndə məhsullar üzrə meneceri Rəşad Mayılov qeyd edib.

Ən yaxın zamanda "Neftçilər", STB filiallarında və 13 saylı (İnşaatçılar) filialda da ödənişlərin qəbuluna başlanacaq. Dekabr - yanvar ayları ərzində bank bütün filiallarında, regional filiallar da daxil olmaqla, tam həcmdə kommunal ödənişlərini qəbul etməyi planlaşdırır.

Unibank kommunal ödənişlərin yerinə yetirilməsi üçün heç bir haqq almır. Ödənişlərin  yerinə yetirilməsi üçün ilk dəfə banka müraciət edən şəxs özü ilə şəxsiyyət vəsiqəsini və analoji xidmətin ötən ödənişi üzrə qəbzləri gətirməlidir. Bu, Bankın əməkdaşının müştəri haqqında bütün məlumatı tam dəqiqliklə sistemə yazması üçün lazımdır. Sonra müştəriyə fərdi abonoment kodu verilir və sonradan, hər bir sonrakı ödəniş zamanı, müştərinin öz fərdi kodunu və ya hesabı ödənilən tərəfin kodunu bilməsi zəruri olacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti