...

Azərbaycan Milli Bankının adı Mərkəzi Banka dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2008 14:38 (UTC +04:00)
Azərbaycan Milli Bankının adı Mərkəzi Banka dəyişdirilib

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan parlamenti cümə günü ölkə Konstitusiyasına  əlavə və dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə əsasən, ölkənin Milli Bankının adı Azərbaycan  Mərkəzi Bankına (AMB) dəyişdirilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynovun sözlərinə görə, belə təcrübə dünyanın  bir çox ölkələrində tətbiq edilir.

Konstitusiyanın 109-cu maddəsinə əlavələrə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin sədri AMB İdarə Heyəti üzvləri tərəfindən təyin ediləcək.

Bank, prezidentin 1992-ci il 11 fevral tarixli qərarı ilə, keçmiş SSRİ-nin Dövlət Bankı, Sənaye-Tikinti və Aqrar-Sənaye Banklarının bazasında yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti