...

Azərbaycanın qərb regionunda toxuculuq fabrikində yanğın baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 15:00 (UTC +04:00)
Azərbaycanın qərb regionunda toxuculuq fabrikində yanğın baş verib

Azərbaycan, Gəncə, 23 dekabr/ Trend , müxbir V.Məmmədov/ Dünən təxminən saat 22:00-da "Gəncə Tekstil" ASC-də yanğın baş verib, - Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən çərşənbə axşamı jurnalistlərə bildiriblər.

"İdarənin 200 kvadrat metr ərazisində yerləşən 150 pambıq kipindən 20 - si yanıb. Yanğının söndürülməsi üçün 10-dək yanğınsöndürən maşın cəlb olunumuşdu", - idarədən deyiblər.

Yanğının səbəbləri təhqiq edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti