...

Tbilisi Gürcüstanın Cənubi Osetiyaya qaz nəqlini bərpa etməsi barədə "Qazprom"un məlumatını təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2009 13:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 yanvar/ Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan tərəfi Rusiyanın KİV-nin Gürcüstanın Cənubi Osetiyaya təbii qaz nəqlini bərpa etməyə hazır olması barədə məlumatını təkzib edir. Çərçənbə axşamı nazirlikdən Trend -a verilən məlumata görə, bu, Rusiyanın nəzarət etdiyi Cənubi Osetiya ərazisindəki qaz kəmərinin zədələnməsi üzündən mümkün deyil.

"Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller RF-nin Baş naziri Vladimir Putinlə işgüzar görüşündə Gürcüstanın Cənubi Osetiyaya təbii qaz nəqlini bərpa etməyə hazır olması barədə bildirib. Gürcüstan Rusiya qoşunlarının avqustda Cənubi Osetiyaya daxil olmasından sonra qaz nəqlini dayandırıb.Gürcüstan qaz kəmərinin salamatlığına dair beynəlxalq monitorinq keçirilməsini təklif etmişdi, Rusiya isə bu təklifin qarşısını kəsmişdi.

Gürcüstan parlamentində bildiriblər ki, artıq texniki məsələlərdən başqa, şirkətin Cənubi Osetiyada işləməsinə mane olan qanunvericiliklə bağlı qərar da mövcuddur və buna görə də bu məsələ həm də qanunvericilik müstəvisində həll olunmalıdır.  

Xəbər lenti

Xəbər lenti