...

Ukrayna prezidenti 2009-cu i ldə dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı problemləri qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2009 19:10 (UTC +04:00)

Ukrayna, Kiyev, 13 yanvar/ Trend , müxbir Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko qeyd edir ki, yanvarın birinci ongünlüyü ərzində ölkənin dövlət büdcəsinin ümumi fonduna daxilolmalar 1 mlrd. qriven (1 dollar 7,7 qriven) və ya cari ay üçün ümumi plan göstəricisinin 10 faizi səviyyəsində olub.

"Bütün daxilolma mənbələri üzrə problemli vəziyyətimiz var", - Yuşşenko bu gün keçirilmiş müşavirədə bildirib. Müşavirədə Ukraynanın maliyyə naziri Viktor Pinzenik və Milli Bankın sədri Vladimir Stelmax iştirak ediblər.

Dövlət başçısının sözlərinə görə, birinci ongünlük ərzində dövlət büdcəsinin ümumi fonduna daxilolmalar 2007-ci ilin analoji dövründən 400 mln. qriven azdır.

Bununla yanaşı, Yuşşenko vurğulayıb ki, 2009-cu ilin büdcəsinə dəyişikliklər dilməsi lazımdır, belə ki, "Ukrayna belə büdcə ilə uzun müddət işləyə bilməyəcək".

Ali Rada dekabrın 26-da "2009-cu ildə Ukraynanın dövlət büdcəsi haqqında" Qanunu qəbul edib, dekabrın 29-da Ukrayna prezidenti sənədi imzalayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti