...

2008-ci ildə Türkmənistanın xarici ticarət dövriyyəsi üçdə bir dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2009 12:00 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 yanvar/ Trend , müxbir E.Həsənov/ Türkmənistanın 2008-ci ildə xarici ticarət dövriyyəsi 17,6 mlrd. dollar təşkil edib ki, bu da 2007-ci il ilə müqayisədə 32 faiz çoxdur. Məhsul ixracı 11,9 mlrd. dollar təşkil edib. Bu ötən il qeydə alınan göstərici ilə müqayisədə 33,7 faiz çoxdur. Bu barədə Türkmənistanın Statistika Agentliyi məlumat verir.

Məhsul idxalı 5,7 mlrd. dollara çatıb. Ölkənin ticarət tərəfdaşları 96 ölkəyədək artıb.

Məhsul ixracı idxalı 2,1 dəfə üstələyir. Müsbət saldo 6,2 mlrd. dollara bərabər olub.

"Xarici ticarət həcmlərinin artması dünya maliyyə böhranı şəraitində iqtisadiyyatın real sektorunu möhkəmləndirməyə, kapital yatırımlarının fəal şəkildə artımını davam etdirməyə və miqyaslı sosial dəyişikliklərə imkan verib", - deyə hökumət mənbəsi öz şərhində yazır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti