...

Ukraynada işsizliyin xeyli artacağı proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 20:13 (UTC +04:00)

Ukrayna, Kiyev, 30 yanvar/ Trend , müxbir Z.Novsvitski/

Ukrayna prezidentinin katibliyində 2009-cu il martın sonunadək ölkədə işsizliyin 4 dəfədən çox artacağını proqnozlaşdırırlar.

Proqnozlaşdırılır ki, martın sonuna Ukraynada 3,5 milyon ölkə vətəndaşı işsiz olacaq, - Ukrayna prezidenti katibliyi rəhbərinin müavini Roman Bessmertniy cümə günü brifinqdə bildirib.

Onun sözlərinə görə, ekspertlərin bu proqnozu hazırda azaldılmış iş günü üzrə işləyənləri və ya şəxsi hesabına məzuniyyətdə olanları nəzərə almır.

2008 -ci ilin sonuna Ukraynada 845 min işsiz qeyddiyyata alınıb  ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin üç faizini təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti