...

Azərbaycan UniBank-da fiziki şəxslərin təcili depozitlərinin həcmi 70 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2009 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir N.İsmayılova/ "2008-ci ildə Unibank fiziki şəxslərdən 71 mln. manat məbləğində müddətli depozitlər cəlb edib", - bankın çərşənbə axşamı yayılmış məlumatında deyilir.

"Ötən il ərzində biz müddətli depozitin üç növünə - "Müddətli", "Proqressiv" və "Yığım" - əhalinin 70,974 mln. manat məbləğində əmanətini cəlb etmişik, - Unibank-ın pərakəndə xidmət üzrə meneceri Rəşad Mayılov qeyd edib, - özü də qeyd etməliyəm ki, depozitlərin cəlb edilməsi ötən il Unibank tərəfindən həyata keçirilmiş iki iri aksiyaya təsadüf edib - bunlar "Brilyant depozit" və "Yay mənfəəti"-dir.

Təkcə "Brilyant depozit" aksiyasının həyata keçirildiyi müddətdə Bank əhalidən 54,186 mln. manat məbləğində əmanət cəlb edib.

2008-ci ildə brilyantların 9 uduşu keçirilib və qaliblər ümumilikdə 27 brilyant əldə ediblər. Brilyantların onuncu uduşu artıq 2009-cu ilin yanvar ayında keçirilib.

Xatırladaq ki, aksiyanın sonuna kimi cəmi 2 uduş qalıb. Ümumi çəkisi 1 karat olan üç brilyantın 11-ci uduşu fevral ayının 23-də keçiriləcək. 12-ci, final uduşu Novruz Bayramına həsr ediləcək və onun qalibi super priz - ümumi çəkisi 3 qram olan üç brilyant alacaq. Super priz mart ayının 16-da oynanılacaq.

Bütün brilyantlar qiymətli daşların bütün parametrlərinin, o cümlədən, çəkisinin, rənginin, saflığının və cilalanma keyfiyyətinin göstərildiyi müvafiq sertifikatlara malikdirlər. Uduşlarda mart ayının 16-a kimi yatırılmış "Müddətli", "Proqressiv" və "Yığım" depozitləri iştirak edirlər. Depozitdə olan hər bir 1000 manat, ABŞ dolları və ya Avro qələbə üçün bir şansdır. Əmanətin məbləği nə qədər böyük olsa, brilyantları udmaq şansı bir o qədər çoxdur.

Növbəti uduşun başa çatması haqqında məlumat KİV-də dərc olunur.

Fevralın 10-na rəsmi məzənnə 0,8077 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti