...

"Sheki ipek" yeni avadanlıqların hesabına istehsal həcmini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Şəki, 12 fevral / Trend , müxbir Х.Əliyeva/ "Sheki-ipek" (ipəkəyirici istehsal) şirkəti 493,7 min avro dəyərində yeni, Çin istehsalı olan avadanlıqlar quraşdırıb. Yeni avadanlığın istismara verilməsi ilə bağlı rəsmi mərasimdə qeyd olunub ki, bu texnologiyaların hesabına istehsal olunan ipək Avropada rəqabətə davam gətirə biləcək.

Dünya ölkələrinin 80 faizini bu cür texnologiyalarla təmin edən ÇXR firmasının mütəxəssisləri qeyd ediblər ki, bunlar son nəsil yeni avadanlıqlardır.

İstismara verilən dörd ipəkdolayan, dörd ipəkəyirici və buxartəmizləyən dəzgahlar, eləcə də vakuum aparatı istehsal olunan ipəyin keyfiyyətini artıracaq və əl əməyini minimuma endirərək itkilərin qarşısını alacaq. Bununla yanaşı, enerji daşıyıcıları xərcləri də azalacaq.

Azərbaycanın şimal-qərbində yerləşən Şəki Bakıdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti