Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir А.Bədəlova/ "2009-cu ildə bir barel WTI markalı neftin orta qiyməti 43,25 dollar olacaq", - dünyanın ən böyük banklarından biri olan JPMorgan-ın analitikləri hesab edir.
"Biz neftə olan tələbatın aşağı düşməsi risklərini proqnozlaşdırmaqda davam edirik və buna görə də qiymət düşmə riski yoxdur", - Trend -a JPMorgan-dan deyilib.
WTI markalı neftin ən yüksək qiyməti dördüncü rübdə müşahidə olunacaq - bir barelə görə 50 dollar, ən aşağı birinci rübdə - 38 dollar olacaq. WTI üçün 2010-cu ildə orta qiymət, analitiklərin proqnozuna görə, bir barelə görə 55 dollar təşkil edəcək. Gələn ilin üçüncü və dördüncü rüblərində qiymətin 60 dollara yüksələcəyi proqnozlaşdırılır.
Bankın analitikləri 2009-cu ildə Şimal dənizi neft növü - Brent markasının orta qiymətini bir barelə görə 43,75 dollar səviyyəsində proqnozlaşdırır. Bu ilin dördüncü rübündə bu markalı neftin qiyməti 50 dollar olacaq. 2010-cu ildə isə JPMorgan analitikləri Brent-in qiymətinin 55 dollara qalxacağını proqnozlaşdırır.
"OPEK hasilatın azaldılması üzrə öhdəliklərini yerinə yetirsə, həmçinin neftə tələb öz düşmə trendini davam etdirsə, qiymətin bir barelə görə 30 dollardan aşağı düşməsi bu təşkilata daxil olan ölkələri öz hasilatını azaltmağa məcbur edəcək", - Bankın analitikləri hesab edir.
Cümə axşamının yekunlarına əsasən, dünya bazarında neftin qiymətləri qalxıb. Buna səbəb ABŞ İqtisadiyyat Nazirliyinin ölkədə 6-13 fevral aralığında qara qızıl ehtiyatlarının 0,2 milyon barel azalaraq 350,6 milyon barrelə düşməsi barədə verdiyi məlumat olub. Nyu York ticarət birjasında WTI üçün mart fyuçerslərinin qiyməti 4,86 dollar artaraq 39,48 dollara qalxıb. London birjasında Brent markasına aprel neft fyuçerslərinin qiyməti 2,44 artaraq 41,99 dollar olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]