...

Azərbaycanda əhalinin xərclərinin təqribən 65 faizi ərzaq məhsullarının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda əhalinin xərclərinin təqribən 65 faizi ərzaq məhsullarının payına düşür. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

"Azərbaycanda əhalinin xərclərinin daha böyük hissəsi ərzaq məhsullarının payına düşür və bu təqribən  65 faiz təşkil edir. Bu göstəricinin hələ də yüksək səviyyədə olmasına baxmayaraq, tədricən azalma da müşahidə olunur", - Vəliyev deyib.

Onun sözlərinə görə, on il öncə bu göstərici 75 faiz, daha əvvəl isə 90 faiz təşkil edirdi.

"Azalma həyat səviyyəsinin yaxşılaşması və əhalinin gəlirlərinin artması fonunda baş verir", - deyə Vəliyev qeyd edib.

Yanvar ərzində əhali mal alımması və xidmətlərə 84,6 faiz, şəxsi gəlirlərindən vergi ödəmələri, sosial sığorta və icbari üzvlük haqqına 12,4 faiz, kapitalın toplanması və artırılmasına isə üç faiz sərf ediblər.

Yanvarda əhali 620,9 mln. manatlıq ərzaq məhsulları, 318,6 mln. məbləğində isə qeyri-ərzaq məhsulları alıb.

Fevralın 26-na olan rəsmi məzənnə 0,8052 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti