...

G20 sammitində dünyanın Mərkəzi Bankının yaradılması müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2009 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir А.Bədəlova / "Müxtəlif ölkələrin Mərkəzi Banklarının maliyyə böhranını arxada qoymaq üzrə səyləri çox zəifdir", - ABŞ-ın Dövlət Tarleton Universitetinin professoru Boyd Kolyer hesab edir.

Avropa İttifaqı dünya maliyyə böhranının arxada qoyulması yollarını axtarır. "İyirmiliy"in (G20) apreldə Londonda baş tutacaq sammitində Aİ ölkələrinin liderləri bu məsələ üzrə vahid mövqeni razılaşdırmağa çalışacaqlar.

"Beynəlxalq maliyyə bazarları üzərində idarəetmənin gücləndirilməsinə yönəldilmiş konkret addımlar haqda razılaşma əldə olunub", - Aİ ölkələrinin Berlin forumunun yekunlarına əsasən, ötən həftənin sonunda AFR kansleri Angela Merkel deyib.

"Dünya bankları və maliyyə institutları tərəfindən öz aktivlərinin cari dəyərinin praktiki qiymətləndirilməsinin öyrənilməsi üçün daxili audit keçirilməsi haqda heç bir hesabat yoxdur", - Trend -a elektron poçtla Kolyer bildirib.  

Onun fikrincə, belə əməliyyatların həyata keçirilməsində əsas maneə iflas olmaq qorxusudur ki, bu da yoxlamalardan sonra qaçılmaz olacaq.

"Diskont aktivlərin ləğv edilməsi üçün potensial - dövlət və özəl alıcılar axtarmaq lazımdır. Bununla yanaşı, ödəmə qabiliyyətliliyini dəstəkləmək də vacibdir", - Kolyer hesab edir.

Onun fikrincə, aprel sammitində milli maraqların razılaşdırılması və koordinasiyası üçün Dünya Mərkəzi Bankının yaradılması məsələsinin öyrənilməsi üzrə xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul edilə bilər. "Bundan başqa iqtisadi milliçilikdən qaçmaq lazımdır",  - Kolyer hesab edir. "Yalnız öz iqtisadiyyatını qorumaq tendensiyası anlaşılandır, amma bunun çox neqativ nəticələri var", - Kolyer deyib.

Amerikalı professorun fikrincə, qarşıdakı sammitin qərarlarından biri, böyük bankların ən azından 70 faiz - qismən milliləşdirilməsi ola bilər.

Ancaq Kolyer hesab edir ki, milliləşdirmə müvəqqəti, iqtisadiyyatın özəl sektorunun gücü bərpa olunana qədər olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti