...

Gürcüstan banklarında dollarlaşma əmsalı təxminən 80% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 18:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın bank sektorunda yerləşdirilən qeyri-bank depozitlərinin həcmi fevralın 1-nə 3 mln. lari təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini 2,3% üstələyir. 

Xarici valyuta ilə yerləşdirilən depozitlərin həcmi 16,6% artdığı halda, milli valyuta ilə yerləşdirilən depozitlərin həcmi 26,6% azalıb.

2008-ci ilin fevralın 1-i ilə müqayisədə depozitlərin dollarlaşma əmsalı 9,3% artaraq 76,2% təşkil edib.

Son il ərzində kommersiya bankları milli valyuta ilə yerləşdirilən depozitlərin faiz dərəcələrini artırıblar. Hazırki dövrdə orta illik faiz dərəcəsi 9,5% təşkil edir. Milli valyutada olan depozitlərə 11,2%, xarici valyutada olan depozitlərə isə 8,9% təşkil edir. 

Xarici valyuta halında yerləşdirilən depozitlərin strukturu avronun xeyrinə dəyişib. 2008-ci il fevralın 1-nə qədər xarici valyuta halında yerləşdirilən depozitlərin həcmində dolların payı 76,1%, avronun 23,2% olduğu halda, indi dolların payı 74,6%-ə enməklə avronun payı 24,9%-ə yüksəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti