...

Azərbaycanda ilk dəfə "BABYTIME - Analıq və Uşaqlıq Dövrü" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend / Azərbaycanda ilk dəfə gələcək analar, uşaqlar və onların valideynləri üçün məhsul və xidmətlər üzrə "BABYTIME - Analıq və Uşaqlıq Dövrü" adlı 1-ci Bakı Beynəlxalq Ailə Festivalı keçiriləcək.

Sərginin təşkilatçısı "Iteca Caspian" şirkətinin məlumatında deyilir ki, bu festival, regionda gələcək valideynlər və lap körpəlikdən məktəb yaşına qədər uşaqları olan gənc valideynlər üçün mallar və xidmətlərin son istifadəçisi üçün nəzərdə tutulmuş beynəlxalq miqyaslı yeganə tədbirdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan edilməsi barədə sərəncam verib və bununla bağlı tədbirlər planını təsdiq edib. Bununla əlaqədar olaraq, "BabyTime" festivalının əsas məqsədi Azərbaycanda "Uşaq ili" layihəsini təşviq etməkdir.

Sərginin ekspozisiyasını mövzular baxımından və təklif olunan mal və xidmətlərin təyinatına əsaslanaraq iki növə bölmək olar. Beləliklə, sərgi ekspozisiyası aşağıdakıları təqdim edəcək: uşaq qidası, uşaq paltarları və ayaqqabıları, uşaqlara qulluq üçün məhsullar, oyun meydançaları, oyun otaqları və kompleksləri üçün avadanlıq, hava ilə doldurulan attraksionlar, məktəbəqədər uşaq müəssisələri, uşaq tibb mərkəzləri, əczaçılıq preparatları, uşaq turizmi və ailə istirahəti, oyuncaqlar, uşaq arabaları, uşaq yaradıcılığı üçün mallar, uşaq ədəbiyyatı, uşaq cizgi filmləri, kompüter oyunları, uşaqlar üçün zinət əşyaları, aksessuarlar və bijüteriya, uşaq otaqlarının interyer dizaynı, uşaq mebeli və aksessuarlar, uşaq bayramlarının təşkili və s.

Valideynlər üçün nəzərdə tutulmuş ekspozisiyanın çeşidində tibb mərkəzləri və doğum evləri, tibbi məhsullar və diaqnostik cihazlar, ana və uşaqlar üçün kosmetika və şəxsi gigiyena vasitələri, hamilə qadınlar üçün paltar, hamilə qadınlar üçün qida, hamiləliyə və doğuşa hazırlıq - gələcək valideynlər üçün məktəblər, gələcək ana və uşaqlar üçün mağazalar, internet mağazaları və pərakəndə ticarət şəbəkələri, uşaq və ailə portreti üçün foto studiyalar, ev personalının seçilməsi üçün agentliklər və s.

Sərgi 2009-cu ilin oktyabr ayının 13-dən 15-nə kimi Heydər Əliyev adına İdman və Konsert kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti