...

Azərbaycan beynəlxalq sığorta bazarına çıxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 21:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart/ Trend , müxbir U. İsmayılova/

Azərbaycanın sığorta agentlərinin lisenziyalaşdırılması sığorta bazarınının peşəkarlığını artıracaq və ölkənin beynəlxalq keyfiyyət səviyyəsinə çıxmasını sürətləndirəcək, Azergarant sığorta şirkətinin sədr müavini Şükür Hüseynov belə hesab edir
"Hazırda bazar iştirakçılarının əsas məqsədi beynəlxalq standartlarla cavab vermə, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və satış üzrə keyfiyyətin artırılmasıdır" - deyə Hüseynov bildirib. 
Onun sözlərinə görə, sığorta bazarının bütünlükdə inkişafı hər cür şərait - iqtisadi və hüquqi baza var. 
Hüseynovun fikrincə yaxın zamanda Azərbaycanın sığorta bazarında bütün mənfi tendensiyalar aradan qaldırılacaq və öz coğrafiyasını genişləndirəcək. 

"2008-ci ilin yekunlarına əsasən sığorta şirkətlərinin müştərək nizamnamə kapitalı təxminən 80 milyon manat təşkil edib, cari ildə bu rəqəm daha da artırılacaq, şirkətlər yeni texnologalar tətbiq etməyə başlayıb. Sığorta beynəlxalq biznesdir və azərbaycanın əsas məqsədi beynəlxalq bazara çıxışıdır" - deyə Hüseynov bildirib. 
.  
 Azərgarant ASC 1993-cü ildən sığorta bazrında fəaliyyət göstərir, 4-ü məcburi olmaqla 26 növdə sığorta xidməti göstərir. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti