...

Azərbaycanda neft-qaz avadanlıqları istehsal edən iri şirkətin filialı qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E. İsmayılov /

Azərbaycanda Britaniyanın "Sulzer Pumps" şirkətinin filialı qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin saytının "vahid pəncərə" bölməsində məlumat verilib.

"Sulzer Pumps" neft-qaz sahəsinə lazımlı olan mərkəzəqaçan nasosların aparıcı istehsalçısı və tədarükçüsüdür. Şirkət həmçinin ehtiyat hissələrin və nasosların əvəzlənməsi, müasirləşdirilməsi, sahə xidməti və təmir xidmətləri təqdim edir.  

Yeni nəqliyyat xidməti şirkətinin təsisçisi "Sulzer Pumps (UK) Limited" şirkətidir. 

Şirkətin hüquqi sədri Endryu Ceymsdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti