...

Bakıda Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsi imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmaylova /

ATİB-in məlumatında deyilir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə (ATİB) Müstəqil Sahibkarlar və İş Adamları Cəmiyyəti Azərbaycan-Türkiyə münasibətlərinin genişləndirilməsinin potensial imkanlarını müzakirə etmək məqsədi ilə Bakıda görüş keçiriblər.

"Neft sektorundakı istehsalın 35%-i ATİB üzvlərinin payına düşür. Bu ATİB-in sıralarına üzv seçərkən diqqətli olduğunun göstəricisidir", - Birliyin idarə heyətinin sədr müavini Gamal Yanqın deyib.

Onun sözlərinə əsasən, Azərbaycanda iş adamları üçün əlverişli şərait yaradılıb və dövlət sahibkarlara yardım edir. Oun fikrincə, digər MDB ölkələrində olduğu kimi Azərbaycanda da ticarət əlaqələrinin yaradılması üçün əlverişli şərait var, məsələn, su, qaz və elektrik enerjisi ucuzdur, mənfəət vergisinin faiz dərəcəsi aşağıdır, işçi qüvvəsi ucuzdur, eləcə də gömrük sistemi təkmilləşdirilir.

Müstəqil Sahibkarlar və İş Adamları Cəmiyyətinin sədri Ömər Cihad Vardan Azərbaycanın sürətlə inkişaf etdiyini təsdiq edib.

Müstəqil Sahibkarlar və İş Adamları Cəmiyyəti 1990-cı ildə yaradılıb və iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən 4,5 min təşkilat cəmiyyətin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti