...

"ABB-Moskva"nın mənfəəti təqribən 70% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Azərbaycan Beynəlxalq Bankının Moskva filialının ("ABB-Moskva") kapitalı 2008-ci ildə 17 faiz artıb və 1,012 mlrd. rubl təşkil edib, bankın aktivləri isə 9,86 mlrd. rubla (39 faiz artım) çatıb. Bu barədə bankın məlumatında bildirilir.

2008-ci ildə bankın kredit portfeli 7,16 mlrd. rubladək artıb ki, bu da 2007-ci ildə qeydə alınan səviyyədən 57 faiz çoxdur. Vergi qoymayadək mənfəət 69 faiz artıb və 164 mln. rubl təşkil edib.

Ötən iln pul köçürmələri həcmi 14 faiz artıb və 113 mln. dollara çatıb. Köçürmələrin sayı 67000 təşkil edib.

"Bu xidmətin tanınması və yüksək artım tempi Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayan Azərbaycan mühacirlərinin say çoxluğu ilə izah olunur", - deyə məlumatda bildirilir.

Nəhayət, 2009-ci ildə depozit portfelinin həcmi 103 faiz artıb və 590 mln. rubl təşkil edib. Müştərilərin - fiziki şəxslərin ümumi vəsait həcmləri 88 faiz - 726 mln. rubladək artıb.

Ötən il verilən banklararası kreditlərin həcmi 18 faiz artıb və 5,98 mlrd. rubl təşkil edib. Rusiyanın bank və şirkətlərinin veksel və istiqrazları ilə əməliyyatların həcmi 191 mln. rubl qiymətində qeydə alınıb. "ABB-Moskva" Raiffeisen Bank ilə birgə "Etalonbank"a 15 mln. rubl həcmində sindikatlaşdırılmış kreditin təşkilində iştirak edib. "ABB-Moskva" öz əsas fəaliyyətini fondlaşdırmaq üçün 2008-ci ildə xarici banklardan bir il müddətinə 55 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit, həmçinin 15 mln. dollar həcmində və 300 mln. rubl məbləğində kreditlər alıb.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə müssisəsi, Rusiya ərazisində fəaliyyət göstərən yüz faiz Azərbaycan kapitalına malik ilk və yeganə bankdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti