...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2009 12:09 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,001 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80316 manat səviyyəsində müəyyən olunub.  

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 13,16 və 17-də 1 ABŞ dolları üçün 0,8032 manat, minimum isə (14-15 aprel) 1 ABŞ dollarına 0,8031 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

6 aprel

0,8028

13 aprel

0,8032

7 aprel

0,8029

14 aprel

0,8031

8 aprel

0,8031

15 aprel

0,8031

9 aprel

0,8031

16 aprel

0,8032

10 aprel                                                        

0,8032 

17 aprel                                                       

0,8032 

Həftə ərzində orta  

0,80302

Həftə ərzində

orta

0,80316

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80252 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 13-də sövdələşmə 0,8031 AZN/USD məzənnəsi ilə $1,751 mln., aprelin 14-də 0,8030 AZN/USD məznnə ilə $11,38 mln., aprelin 15-də - 0,8018 AZN/USD məzənnəsi ilə $33,71 mln., aprelin 16-da - 0,8018 AZN/USD məzənnəsi ilə $1,3 mln. və aprelin 17-də 0,8029 AZN/USD məzənnəsi ilə $0,6 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

6 aprel

0,8028

13 aprel

0,8031

7 aprel

0,8029

14 aprel

0,8030

8 aprel

0,8031

15 aprel

0,8018

9 aprel

0,8030

16 aprel

0,8018

10 aprel                                                        

0,8032

17 aprel                                                       

0,8029

Həftə ərzində orta

0,80298

Həftə ərzində orta

0,80252

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti son ildə ən yüksək səviyyədə 25-26 manat səviyyəsində çox davam gətirmədi. Üç həftə öncə qiymətlərin kəskin artmasından sonra (67 faiz) vauçerlərin qiymətləri yenidən düşməyə başlayıb. Bütün həftə ərzində onlar sabit qalıb və 16 manat təşkil edib.

Özəlləşdirmə çeklərini qiyməti artıq iki dəfə düşərək altı manata çatıb. Bu göstərici ötən həftə 12-13 manat (20 faiz enmə ilə) təşkil edib. Fevralda qiymətlərin kəskin artmasından sonra (67 faiz) vauçerlərin qiymətləri əvvəlcə 15-16 manatadək düşüb..

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti