...

Qızılın qiymətini artırmaq imkanı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 12:43 (UTC +04:00)
Qızılın qiymətini artırmaq imkanı

Azərbaycan, Bakı, 28 aprel / Trend /

Leyla Abdullayeva, Trend Capitaln analitik mərkəzinin eksperti

Azərbaycan artıq bu mövsümdə qızıl yataqlarının işlənməsinə başlayır. Birinci qızılı ölkənin qərbindəki Gədəbəy yatağında, Azərbaycanın cənub-qərbində altı - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Soyutoğlu yataqlarının işlənilməsi hüququna malik Anglo Asian Mining Plc şirkəti ilə birlikdə çıxarmaq niyyətindədirlər.

Ölkənin qızıl yataqlarının işlənməsi baxımından təcrübəyə malik olmaması səbəbindən sarı metalın hasilatı üzrə işlərdə əcnəbi mütəxəssislərin iştirakı vacibdir. Ancaq gələcəkdə qızılın sənaye hasilatı ilə yanaşı, ölkə onun qeyri-sənaye üsulu ilə hasilatına qoşulması və inkişafı üçün böyük imkanlara malikdir.

İş ondadır ki, Azərbaycandakı yataqların ehtiyatları əsasən mədən qızılı şəklindədir. Onun hasilatının böyük yataqlardakı filiz tipli qızıl yataqlarına nisbətən böyük üstünlükləri var: xırdalama, zənginləşdirmə və texnoloji proseslərin hazırlanmasına xərclər olmadan yüksək əyarlı qızıl əldə etmək olur, üstəlik, mədən qızılının hasilatı partlayış işləri olmadığından daha təhlükəsizdir.

Qızılın qeyri-sənaye üsulla hasilatını inkişaf etdirmək imkanı verən bu üstünlüklər, öz növbəsində bu fəaliyyət növündə gəliri artırmaq üçün onunla bağlı olan yeni imkanlar açır.

Üstəlik, respublikada hazırkı sənaye texnologiyaları ilə işlənməsi sərfəli olmayan bir çox kiçik qızıl mədənləri var. Böyük qızıl hasilatçısı olan müəssisələr 100 və hətta 200 kq-dan aşağı qızıl ehtiyatına malik yataqlarla maraqlanmırlar, çünki yeni yatağın mənimsənilmə qiymətini yaxşı bilirlər. Kiçik mədənlərin balaca artellərlə işlənməsi isə yüksək gəlir gətirə bilər. Hətta 50 kq-dan aşağı ehtiyata malik mədənlər belə regional büdcələrə xeyli gəlir gətirə bilir. Çox aşağı göstəricilərə malik mədənlərin səmərəli mənimsənilməsi üzrə sərfəli texnologiyalar ölkə xaricində yaxşı işlənilib.

Xarici təcrübə göstərir ki, qızılın əldə olunmasına turistlərin də cəlb olunması ilə qızılın qiymətini qaldırmaq olar. ABŞ, Avstraliya, İsveçrə, İtaliya və başqa ölkələrdə qızılın hasilatı ilə turizm çox populyardır. Turistlər öz əlləri ilə qızıl əldə etmək üçün böyük məbləğləri çox rahat ödəyirlər. Hər bir turist özü ilə bir neçə min dollar gətirir, əsasən ölkədə qoyub gedir və orta hesabla özü ilə 1 qram qızıl aparır. Bununla da ən kiçik yataq sərfəli olur və yerli büdcəyə sabit gəlir təmin edir, yerli əhaliyə xidmət sahəsində iş ticarətdə yaxşı dövriyyə təşkil edir, mehmanxanaların, yolların tikintisinə, ərazilərin abadlığına təşviq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti