...

Türkmənistan dəniz delikateslərinin yetişdirilməsi ilə bağlı beynəlxalq tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2009 14:50 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 may / Trend , müxbir Q.Həsənov /

Türkmənistanın Dəniz Təsərrüfatı Komitəsi bu gün tamsistemli təsərrüfatın lahiyələndirilməsi üçün beynəlxalq tender elan edib.

Layihənin məqsədi xərçəngəbənzərlər və mollyuskaların yetişdirilməsindən ibarətdir.

Tender təklifləri iyunun 25-dək qəbul edilir.

Azərbaycan, Qazaxıstan, Rusiya və İranla yanaşı, Türkmənistan da Xəzəryanı dövlətdir. Xəzər dənizi bioresrslarla zəngindir.

Ölkənin aparıcı müəssisəsi "Balkanbalıq" Dövlət Müəssisəsidir. Müəssisə Xəzər dənizində balıq ovu və vətəgə məhsullarının emalı ilə məşğuldur.

Ölkənin müxtəlif regionlarında akvamədəniyyətin inkişafı Dövlət Komitəsinin fəaliyyətinin aparıcı istiqamətlərindəndir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti