Türkmənistan, Aşxabad, 23 may / Trend , müxbir H.Həsənov/
Jan-Pyer Rotun başçılıq etdiyi İsveçrənin Milli bankının nümayəndə heyyəti Aşqabaddadır. Bu barədə Türkmənistanın milli telekanalı "Altın Əsir" məlumat verib.
Proqrama uyğun olaraq nümayəndə heyyətini ölkənin Mərkəzi bankında, Nazirlər Kabinetində və Maliyyə nazirliyində qəbul ediblər. Müzakirələrin mövzusu Türkmənistanda həyata keçrilən milli iqtisadiyyatın islahatı kontekstində banklararası əməkdaşlığın artırılmasından ibarətdir.
İsveçrə ilə diplomatik əlaqələr qurulduqdan sonra 29 İsveçrə firma və şirkətləri Türkmənistanın tərəfdaşı olub.
İsveçrənin Türkmənistandakı səfiri Alan Qidettidir.
"Türkmənistanın ən yeni tarixinin yeni mərhələsində həyata keçirilən islahatları İsveçrədə maraqla izləyirlər", - səfir türkmən KİV-lərinə deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]