...

Azərbaycanın tikinti şirkəti öz mənzil fondunu xeyli genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2009 13:29 (UTC +04:00)
Azərbaycanın tikinti şirkəti öz mənzil fondunu xeyli genişləndirib

"Akkord"dan nəğd ödənişlə mənzil alanların sayı ötən illə müqayisədə 12 dəfə artıb", - şirkətin cümə günü yayılan məlumatında deyilir.

Son 4 il ərzində respublikamızın inşaat-tikinti sektorunda lider mövqelərə yüksəlmiş "Akkord" Şirkətlər Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri də əhalinin orta və az təminatlı hissəsinin mənzil tələbatını ödəməyə yönəlmiş layihələrin həyata keçirilməsindən ibarətdir.

Elə ilk vaxtlardan çoxillik (1 ildən 25 ilədək) kredit paketləri ilə və ilkin ödəniş olmadan təqdim olunan belə mənzillərə əhali arasında böyük maraq yaranıb. Ötən müddət ərzində "Akkord" Şirkətlər Qrupu tərəfindən Bakı şəhəri ərazisində 2000-dən artıq mənzil fonduna malik 3 bina və 1 yaşayış kompleksi tamamlanaraq sakinlərin istifadəsinə verilib. 7000-dən artıq mənzil fonduna malik onlarla bina üzrə inşaat işləri isə, hazırda da davam edir və onların böyük əksəriyyəti artıq təhvil verilmə ərəfəsindədir. Bu binalarda olan mənzillərin böyük bir qismi də artıq əhali tərəfindən nəğd və ya kredit şətrləri ilə ödəmə müqavilələri ilə əldə olunub.

"Akkord" Şirkətlər Qrupunun Satış Departamentində aparılan statistikaya əsasən, təkcə 2008-ci ildə inşa edilən binalardan 1792 mənzil satılıb ki, onlardan da 1741-i müxtəlif müddətli kredit paketləri, 51-i isə, nəğd ödənişlə ölkə vətəndaşları tərəfindən əldə edilib. Ötən ilin ayrı-ayrı rübləri üzrə mənzil satışı say etibarilə 300-600 arasında dəyişib.

Satış Departamenti tərəfindən aparılan araşdırmalar, bu göstəricilərin əldə edilməsində "Akkord" Şirkətlər Qrupunun mənzil satışı sahəsində həyata keçirdiyi əlverişli kampaniyaların müsbət rolunu bir daha sübut edib.

Xəbər lenti

Xəbər lenti