...

Azərbaycanda böyük banklarından birinin idarə heyətinin sədri tutduğu vəzifədən çıxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müx. İ.Xəlilova /

Azərbaycanın bank sektorunda ötən il başlamış rəhbər vəzifələrdə kadr dəyişilmələri davam etdirilir. 2008-ci ilin yayına qədər dövlət bankı olan və ölkənin iri banklarında biri hesab olunan  Kapital Bank ASC-nin idarə heyətinin sədri Rauf Rzayev tutduğu vəzifədən çıxıb. Bu, onun səlahiyyət müddətinin bitməsi ilə izah olunur.

2004-cü il avqustun 4-də Birləşmiş Universal Səhmdar Bankının səhmdarlarının növbədənkənar toplantısının qərarı ilə Rzayev BUS Bankın (hazırda Kapital Bank) idarə heyətinin sədri təyin edilib.

Bank dairələrində onu böyük bank mütəxxəsisi kimi xarakterizə edirlər. Adi iqtisadiyyatçıdan bank idarə heyətinin sədrinə qədər yol keçərək o, bank işini dəqiqliklə daxildən öyrənib. 1990-cı ilin əvvəlində o, SSRİ Xarici İqtisadi Bankının Azərbaycan Respublikası şöbəsində ikinci dərəcəli iqtisadiyyatçı vəzifəsində, 1992-ci il aprelin 1-dən Xarici İqtisadiyyat Bankının əmri ilə Azərbaycan şöbəsinin ləğvindən sonra həmin bankda beynəlxalq hesabatlar şöbəsinin rəhbəri vəzifəsini tutub. Xarici İqtisadiyyat Bankının Azərbaycandakı şöbəsinin ləğvindən sonra AR-in Nazirlər Kabinetinin qərarı ilə bu bankın əsasında Azərbaycan Beynəlxalq Bankı yaradılıb. Rzayev ABB-də ixrac-idxal əməliyyatları şöbəsinin rəhbəri vəzifəsini və beynəlxalq hesabatlar departamentinin direktoru vəzifəsini tutub. 1995-ci ilin mayından Rzayev ABB idarə heyətinin sədr müavini təyin edilib.

Onun Kapital Bank-dan gedişindən sonra, müvəqqəti olaraq bankda sədrlik vəzifəsini idarə heyəti sədrinin birinci müavini Elmar Məmmədov icra edir.

İstisna edilmir ki, iyunun 9-da Kapital Bank-ın səhmdarlarının növbəti ümumi toplantısında yeni sədrin seçilməsi məsələsinə baxılacaq.

Əvvəl dövlət balansında olan Kapital Bank-ın tam özəlləşdirilməsi 2 mərhələdə 2007-2008-ci illərdə həyata keçirilib.

Bankın səhmdarlarının strukturu  Kapital Bank-ın tam özəlləşdirilməsindən sonra dəyişdirilib və hazırda bu qaydada formalaşdırılıb: Pasha Holding 97,5 faiz səhm və bankın 2400 əməkdaşı 2,5 faiz səhmə malikdir.

Hazırda Respublikanın bütün regionları üzrə bankın 87 filialı və filialların tabeliyində olan 2 ayrı bölməsi və 97 şöbəsi (kassalar), o cümlədən 12 valyuta dəyişdirmə məntəqəsi mövcuddur. Gələcəkdə bank öz fəaliyyətini Azərbaycandan xaricdə genişləndirmək və MDB ölkələrində iki nümayəndəlik açmaq niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Xəbər lenti

Xəbər lenti