...

Azərbaycan bankı öz filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend /

2009-cu il iyunun 9-dan etibarən Mərdəkan qəsəbəsində Bank Standartın yeni filialı fəaliyyətə başlayıb, bankın məlumatında deyilir.

Bankın rəhbərliyi adından çıxış edən idarə heyətinin birinci sədr müavini Cavid Quliyev öz əminliyini ifadə edərək bildirib ki, bankın hesab üzrə 17-ci filialı yerli sahibkarlığın dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin açılmasına stimul verəcək və Mərdəkan qəsəbəsinin, ümumilikdə rayonun sosial-iqtisadi infrastrukturunun gələcək inkişafına imkan yaradacaq.

Bank Standartın yeni filialı pərakəndə bank xidmətləri, o cümlədən korporativ müştərilər üçün xidmətlər təqdim edəcək. Fiziki şəxslərə istehlakçı kreditlərinin verilməsi xidmətləri göstəriləcək, cari və müddətli əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər göstəriləcək.

Hazırda Bank Standart-ın xidmət məntəqələrinin sayı baş ofislə birlikdə 21 ədəd təşkil edir. Onlardan 16-sı, o cümlədən baş ofis, 12 filial və 3 bölmə paytaxtda yerləşib, qalan 5 filial müvafiq olaraq Gəncə, Quba, Siyəzən, Lənkəran və Sumqayıt şəhərlərindədir.Cari ilin sonunadək Bank Standart yeni regional filiallar (Mingəçevir, Zaqatala və Xırdalan) açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti