...

Bank Respublika ölkə regionunda yeni filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2009 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend /

Azərbaycan bankı Bank Respublika İmişli şəhərində, H.Əliyev pr. 138 A ünvanında yeni filialını açıb. Bu barədə bankın məlumatında deyilir.

"İmişli" filialı Bank Respublika-nın hazırda 33 filial və şöbəsindən ibarət müştəri xidmət şəbəkəsinin genişləndirilməsi strategiyasına əsasən açılıb.

"İmişli" filialı fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir: hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, qızıl külçələrin satışı, mobil rabitə ödənişi və digər xidmətlər.

Aran iqtisadi zonasında bank filiallarının sayının artırılması, bu zonada göstərilən bank xidməti səviyyəsini yüksəldərək, rayonun sosial-iqtisadi inkişafına geniş imkamlar yaradır.

Bank Respublika Azərbaycan ərazisində fəaliyyət göstərən xidmət ofislərinin sayına və coğrafi əhatəsinə görə ölkənin aparıcı banklarındandır. Hazırda Bank Respublika-nın Bakı ofisləri ilə yanaşı Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Göyçay, Şəki, Quba, Xaçmaz, İmişli, Şirvan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 18 filial və şöbəsi fəaliyyət göstərir. Ölkənin müxtəlif regionlarında bank xidmətlərinə artan tələbatı nəzərə alaraq Bank Respublika yaxın gələcəkdə Zaqatala, Sabirabad, Dəvəçi və digər şəhərlərdə yeni filiallar açmağı planlaşdırır.

Bank Respublika-nın bütün filial və şöbələri müştərilərə nahar fasiləsi olmadan həftənin 6 günü xidmət göstərir. Bakıda həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti