...

Bank Respublika "Zolotaya Korona" təcili pul köçürmə sisteminə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend /

"Zolotaya Korona" sisteminə qoşularaq Bank Respublika fiziki şəxslərə təcili pul köçürmə xidmətləri göstərən tərəfdaşlarının sayını artırıb. Bu barədə bankın çərşənbə günü yayılmış məlumatında deyilir.
 
"Zolotaya Korona" sistemi müştərilərə ABŞ dolları, rus rublu və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradır.  Sistemin MDB ölkələri və Çində fəaliyyət göstəyən müştəri xidməti məntəqələrinin sayı 10 mindən artıqdır. Əməliyyat xərcləri üzrə aşağı tariflər, təhlükəsizliyin təminatı və köçürmənin sürəti əhali arasında bu sistemə tələbatı artırır.
 
Hazırda Bank Respublika 10 müxtəlif köçürmə sistemləri ilə işləyir: Western Union, Contact, Migom, Bıstraya Poçta, Coinstar, PrivatMoney, Xpress Money, Blizko, Allür və Zolotaya Korona. Bank Respublika vasitəsi ilə pul köçürmələri dünyanın 200-dək ölkəsini əhatə edir. Bütün bunlar müştərilərə optimal sistem seçməyə şərait yaradır.

Təcili pul köçürmə xidmətlərini Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Göyçay, Şəki, Quba, Xaçmaz, İmişli, Şirvan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində Bank Respublika-nın 33 filial və şöbəsi göstərir. Bakıda 24 saat fasiləsiz xidmət göstərən Ofis24 vasitəsilə pul köçürmələrini günün istənilən vaxtı həftənin bütün günləri, o cümlədən bazar və bayram günləri almaq olar.

Xəbər lenti

Xəbər lenti