...

Bakı mağazalarında uşaqların sağlamlığına zərərli olan mallar aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak hüquqlarının pozulması faktları aşkar olub", - cümə axşamı nazirliyin məlumatında deyilir.

Monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi, Xətai rayonunda, Novxanı qəsəbəsində və Xaçmaz şəhərində ümumi çəkisi 701 kq olan istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar və s. aşkar olunub.

Novxanı qəsəbəsində yerləşən ərzaq mağazalarının birində istifadə müddəti ötmüş digər ərzaq məhsulları ilə yanaşı, "Humana" uşaq yeməkləri də aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, keçirilən yoxlamalar zamanı Bakı şəhərinin Nəsimi, Nərimanov və Səbail rayonlarında ümumi dəyəri 130,6 min manat olan 5501 ədəd məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış müxtəlif uşaq oyuncaqları, paltarları və ayaqqabıları aşkar olunub.

Bütün məhsullar satışdan çıxarılaraq məhv edilib.

Dövlət Xidməti tərəfindən eyni zamanda Binəqədi rayonunun Biləcəri qəsəbəsində tikinti materiallarının satışı mağazasında 18 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 3 hüquqi və 21 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.

Monitorinqlər davam etdirilir.

İyulun 02-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti