...

Azərbaycan Prezidenti Rumıniyanın iqtisadiyyat nazirini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 19:10 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın həmsədri Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu bildirib, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Vidyanunun başçılıq etdiyi nümayəndə heyətinin səfərinin uğurlu keçəcəyinə və əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. 

Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın həmsədri Vidyanu Rumıniya Prezidenti Trayan Beseskunun salamlarını İlham Əliyevə çatdırıb və bildirib ki, Rumıniya Prezidenti Azərbaycan Prezidentinin Buxarestə rəsmi səfərini səbirsizliklə gözləyir. Bu səfərin Rumıniya üçün əhəmiyyətli olacağını deyən Vidyanu ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin genişləndirilməsinə ümidlə baxdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti