...

Bakı metrosunda ventilyasiya sistemi ilə təchiz olunmuş vaqonlar fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir U.İsmayılova / 

Bakı metropoliteni bu yaxınlarda əlavə 15 vaqon almaq niyyətindədir. Bu barədə Bakı metropoliteninin başçısı Tağı Əhmədov  cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirlən mətbuat konfransında bildirib.

"İlk 10 vaqon iyul ayında, digər beş vaqon isə noyabr ayında alınacaq", - deyə Əhmədov bildirib.

Onun sözlərinə əsasən, hazırda Bakı metrosunda 258 vaqon fəaliyyət göstərir.

Əhmədov bildirib ki, istifadə olunan vaqonların böyük əksəriyyəti yenidir.

Metropoliten başçısı həmçinin qeyd edib ki, Bakı metropoliteninin sifarişi ilə alınacaq yeni vaqonlar ventilyasiya sistemi ilə təchiz olunub.

Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir ("İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına kimi üç aralıq stansiyası ilə). Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərində yerləşir, "Bakmil" yerüstü, qalanları isə sütunludur, dayaz səthdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti