...

Gürcüstan BVF-in krediti hesabına büdcə maliyyələşdirməsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 15:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbir N.Kirtsxaliya /

İyulun 8-9-da Beynəlxalq Valyuta Fondu (BVF) missiyasının Gürcüstana səfəri planlaşdırılır, bu barədə Gürcüstanın Baş naziri Nika Qilauri bildirib.

Baş nazirin sözlərinə əsasən, BVF büdcə maliyələşdirməsini nəzərdə tutan yeni proqramı həyata keçirir.

"Valyuta Fondu proqramın məbləğini üç dəfə artırıb. İyulda tranşın bir hissəsinin 2010-cu il büdcəsi üçün verilməsi üzrə danışıqlar aparılacaq", - deyə Qilauri bildirib.

Onun sözlərinə əsasən, səfər çərçivəsində ikinci kredit tranşının ayrılması və ölkə büdcəsi üçün nəzərdə tutulan maliyyələşmənin həcmi məsələləri barədə danışıqlar aparılacaq.

"Sözügedən tranşın təsqilənməsi avqustda gözlənilir", - deyə Qilauri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti