...

Bakının təkrar daşınmaz əmlak bazarı cüzi bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Mayda Bakının təkrar mənzil bazarında qiymətlər 0,2 faiz qalxıb. Bir kvadratmetrin qiyməti apreldə qeydə alınan 1,22 min dollarlıq göstərici ilə müqayisədə artaraq 1,23 min dollara qədər bahalaşıb. Bu barədə bazar ertəsi "Əmlak bazarının iştirakçıları" İctimai Təşkilatından məlumat verilib.

Mayda mənzillərin orta qiyməti orta hesabla 125,45 min dollar təşkil edib (aprel göstəricisindən 1,9 faiz çox). Otaqların ora qiyməti 53,23 min dollardır (3,7 faiz çox). Mayda orta otaq göstəricisi 2,46 təşkil edib (0,4 faiz az).

Bazarda təklif edilən mənzillərin hissəsi orta qiymətdən aşağı olaraq 62,4 faiz təşkil edib. Bu göstərici apreldə 61,2 faiz olub. 

Mayda, həmçinin təkrar mənzil bazarında yeni tikililərin hissəsində xeyli artım müşahidə olunub (bazarın 58,6 faizi). Təkrar bazarda Leninqrad layihəli mənzillər 13,3 faiz, "stalinkalar" 7,1 faiz, eksperimentallar 7 faiz, "xruşovkalar" 3,5 faiz, arxitekturalar 2,9 faiz, Kiyev layihəli mənzillər 3,1 faiz, alman layihəlilər 1,3 faiz, fransız layihəlilər 1,5 faiz, Minsk layihəlilər 1,3 faiz, italyan layihəli mənzillər isə 0,3 faiz təşkil edib.   

Təkrar bazar portfelinin xeyli hissəsini Bakının Yasamal (27,4 faiz), Nəsimi (17,6 faiz), Nərimanov (17,2 faiz) və Xətai rayonundakı (16,2 faiz) mənzillər təşkil edib (ümumilikdə təkrar mənzil bazarının 78,4 faizi).

Təkrar mənzil bazarında həyata keçirilmiş alış-verişin dinamikası 3,1 faiz azalıb. Bazarda təklif 3,8 faiz artaraq təklif olunan obyektlərin sayı 5,11 minə çatıb.

Əmlak ekspozisiyasının müddəti daha bir gün artaraq 119 günə çatıb. Obyektlərin mədaxil əmsalı mayda 0,7 faiz azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti