...

Bakının ticarət obyektlərinə təkliflər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

May ayında qeyri-yaşayış obyektlərinin kvadrat metrinin qiyməti 1,2 faiz azalaraq 3,06 min dollar təşkil edib. Aprel ayında bu göstərici 31,02 min dollar olub. Bu barədə "Əmlak Bazarının iştirakçıları" İctimai Təşkilatının bazar ertəsi yayılmış məlumatında deyilir. 2008-ci ilin analoji dövründə qiymətlər 15 faiz, əvvəlki rübdə isə 6,5 faiz azalıb. 

Qiymətlərin azalması Bakının Qaradağ rayonundan (qiymətlər 0,8 faiz artıb) və Əzizbəyov rayonundan (1,2 faiz artım) başqa bütün rayonlarında müşahidə edilib. Bakının Qaradağ rayonunda qiymətlərin artımı bu ərazidə böyük ticarət mərkəzinin fəaliyyətə başlaması ilə, Əzizbəyov da isə yay mövsümünün başlanması ilə əlaqədar olaraq müşahidə edilib.

Ticarət obyektlərinin icarə qiymətləri 1,2 faiz azalıb. Bazara orta qiymətdən aşağı təklif olunan mənzillərin payı bazar portfelinin 61,9 faizini təşkil edib.

May ayında bazarda təkliflər 0,9 faiz artıb. Bazar portfelinin böyük hissəsini Nərimanov (22,7 faiz), Nəsimi (19,6 faiz), Yasamal (15,4 faiz), Xətai (12,8 faiz), Səbayıl (11,3 faiz) rayonlarına olan təkliflər təşkil edib. Ümumi cədvəl şəhər zonası üzrə qiymət dəyişiklikləri göstərir:

Şəhər zonaları

Kvadrat metr üçün orta qiymətlər ($-la)

Orta qiymətlərin dəyişməsi (%-lə)

I

5002

-0,9

II

3514

-1,5

III

2267

-1,5

IV

859

-2,6

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti