...

Bakıda qeyri-yaşayış obyektləri faiz yarım ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyun / Trend , müxbir Ü.İsmayılova /

İyunda Bakının ticarət obyektləri bazarında qiymətlər  faiz yarım ucuzlaşıb. Qeyri-yaşayış obyektlərinin icarə haqqı 1,2 faiz ucuzlaşıb, bu barədə çərşənbə axşamı "Əmlak bazarının iştirakçıları" ictimai təşkilatından  bildirilib.

Qeyri-yaşayış obyektlərinin kvadrat metrinin orta qiyməti 3019 dollar təşkil edib. May ayında bu göstərici 3065 dollar təşkil edib, deyə təşkilatın məlumatında deyilir.

Əvvəlki rübdə qiymətlər 5,2 faiz azalıb. Ötən ilin analoji dövründə isə 15,2 faiz azalma müşahidə edilib. Bazara orta qiymətdən aşağı təklif olunan obyektlərin payı bazar portfelinin 62,3 faizini təşkil edib. 

Ötən ay bazara təklif olunan ticarət obyektləri 2,6 faiz artıb.

Təşkilatın ekspertlərinin fikrincə, təklif artımı bazardakı yeni obyektlərin qiymətlərinin artması ilə əlaqədardır.

Qeyri-yaşayış obyektlərinin ekspozisiya müddəti iki faiz də artıb, bu isə bazarın bu seqmentində risk səviyyəsinin artmasına səbəb olub.

İyun ayında şəhərin birincidən başqa üç zonasında qiymətlərin azalması müşahidə edilib. Qiymət artımı Bakının Qaradağ (1,2 faiz) və Əzizbəyov (1.1 faiz) rayonlarında müşahidə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti