...

Azərbaycanda AZEL şirkətinin İT istiqrazlarının emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 17:09 (UTC +04:00)
Azərbaycanda AZEL şirkətinin İT istiqrazlarının emissiya prospekti qeydə alınıb

Azərbaycan, Bakı, 08 iyul / Trend /

"Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AZEL" QSC-nin faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb", - Bakı Fond Birjasının (BFB) çərşənbə günü yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 3 milyon USD təşkil edir, istiqrazın nominal dəyəri 100 USD, istiqraz üzrə gəlirlilik 14 faiz, tədavül müddəti isə 730 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Yapi Kredi İnvest" MMC-dir. İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.

İyulun 08-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti