...

Azərbaycan bankları risklərin idarə olunmasına daha çox diqqət ayırmalıdırlar - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan bankları risklərin idarə olunmasına daha çox diqqət ayırmalıdırlar", - çərşənbə günü Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin başçısı Frensis Deley deyib.

"Azərbaycan banklarının öz portfellərinin böyüdülməsindən çox, risklərin idarə edilməsinə diqqət yetirməsi lazımdır", - Deley bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bank sektoruna qonşu və MDB dövlətləri ilə müqayisədə dünya maliyyə böhranının təsiri o qədər də böyük olmayıb.

"Ola bilər ki, Azərbaycan banklarının beynəlxalq kapital bazarında resurslara çıxışda bəzi problemləri yaranıb, ancaq bunu MDB-nin digər dövlətləri ilə müqayisə etsək, Azərbaycanın durumu daha sərfəli və uyğundur", - o bildirib.

Ümumiyyətlə, Azərbaycanda fəaliyyətə başlamasından etibarən AYİB ölkədəki 90-dan çox layihəyə 800 milyon avroluq sərmayə qoyub. Deleyin sözlərinə görə, 2009-cu ildə Azərbaycandakı layihələrə daha 220 milyon dollar sərmayə qoyulması nəzərdə tutulub.

2008-ci ildə bankın ölkəyə sərmayələri 81 milyon avro təşkil edib. 2007-ci ildə bu göstərici 122 milyon avro olub.

AYİB vəsaitləri Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 30 ölkədə bazar iqtisadiyyatı və demokratiyanın qurulması üçün istifadə edilən bankdır. Onun sahibləri 61 ölkə və iki beynəlxalq təşkilatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti