...

Azərbaycanda "Azərdəmiryolbank"ın səhmlərinin emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Azərdəmiryolbank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının cümə günü yayılmış məlumatında deyilir.

Emissiyanın həcmi 10.000.000 AZN, bir səhmin nominal dəyəri isə 0,20 AZN təşkil edir. Hazırda bankın nizamnamə kapitalı 13,4 milyon manat təşkil edir. Emissiyaya əsasən kütləvi yerləşdirmə təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "ADB Broker" MMC-dir. Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

"Azərdəmiryolbank" 1989-cu ildə təsis edilib. Bankın təsisçiləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın Maliyyə İnkişaf Şirkəti (FMO) yer alır. Paytaxt Bakıda və regionlarda bankın 31 filialı və şöbələri fəaliyyət göstərir.

İyulun 10-a olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti